image-970_50
image-7c1cedd8-0df2-4888-a123-44e22c7da85f

Regionlardan gələn şəhid anaları birlik göstərərək Fəxri xiyabanda yürüş etdilər – FOTO/VİDEO

image-suni_mayalanma_qiymeti

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın ildönümünə həsr olunmuş anım tədbiri təşkil olunub. Qeyd edək ki, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsinin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına, ailələrinə xalq qayğısının daimi olacağını bir daha hiss etdirməkdir.

Anım tədbiri səhər saatlarında II Fəxri xiyabandan start götürdü. Şəhid anaları və şəhid övladları ekskursiya avtobuslarında II Fəxri xiyabana gəldilər. Şəhid övladları öz atalarının rəsmi həkk olunmuş geyimlərdə, digər uşaqlar isə subay şəhidlərimizin rəsmləri olan geyimlərdə, şəhid anaları isə öz övladlarının rəsmi olan və “Mənim qəhrəmanım” yazılmış geyimlərdə tədbirə qatılmışdılar.

II Fəxri xiyabanda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmisi Elvin Əzizov şəhid valideynlərinə müraciət edərək, onların övladlarının Azərbaycanın qəhrəmanlıq tarixini yazdığını, belə oğullarla şəhidlərimizin hər bir nümayəndəsinin fəxr etdiyini dedi. Sonra şəhid anaları övladlarının məzarlarını ziyarət etdi. Din xadimi Hacı Şahin şəhidlər üçün dua oxudu. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin zabit və əsgərləri Azərbaycan bayrağını açaraq Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdilər.

Anım tədbirinin ikinci hissəsi Bibiheybət məscidində davam etdi. Şəhid ailələri Fatimeyi-Suğranın məzarını ziyarət etdikdən sonra Azərbaycanın Xalq artisti Alim Qasımov azan oxudu.  Din xadimi Hacı Surxan şəhidlərimizin ruhuna dualar oxudu və hər kəsi namaza dəvət etdi. Şəhid valideynləri ibadət etdi, dualar oxudu.

Tədbirin rəsmi və bədii hissəsi isə “Mangal Steake House” restoranında baş tutdu. Qeyd edək ki, sözügedən məkanda şəhidlərin ruhuna ehsan verildi. Anım tədbirinin aparıcıları tanınmış teleaparıcılar Leyla Quliyeva və Lalə Azərtaş idi. Rəsmi hissədə N saylı hərbi hissənin qulluqçusu Aydın Eyyubov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, General-mayor Polad Həşimovun anası Səmayə Xanım, şəhid İbrahim İbrahimovun anası, Xüsusi Təyinatlı Qüvvələrin qazi zabiti çıxış etdi. Onlar şəhid adının müqəddəsliyindən danışaraq, mərd şəhid qardaşlarımızın daim bu xalqın yaddaşında əbədi yaşayacağını qeyd etdilər.

Tədbirdə çıxış edən “Fire Land Production”un rəhbəri Cəlal Qurbanov “Mənim atam qəhrəmandır” layihəsinin silsilə tədbirlərinin bununla Bakıda tamamlandığı və artıq bu tədbirlərin Azərbaycanın digər regionlarında keçirilməsinin nəzərdə tutulduğunu dedi. Ali Baş Komandanın şəhid ailələrinə daimi qayğısından söz açan C.Qurbanov bütün rəsmi və qeyri-rəsmi qurumların bu istiqamətdə iş aparmasının vacibliyini vurğuladı.

Anım tədbirinə qatılan sənət adamları Alim və Fərqanə Qasımovlar, Rasim Balayev, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Abbas Bağırov, Azər Zeynalov tədbirin bədii hissəsində çıxış etdilər.

Sonda sənət adamları şəhid anaları və şəhid övladları ilə birlikdə “Zəfər marşını” ifa etdi.

 

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki