image-qanunla-reklam
image-fb_img_1741689398437

Respublika Fənn Olimpiadalarının finalçıları ilə görüş keçirilib-FOTO

image-lady-day-az

Respublika Fənn Olimpiadalarının finalçıları ilə görüş keçirilib.

Qanunla.Az xəbər verir ki, 10 mart tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Cavad Cavadov Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanmış şagirdlər, onların fənn müəllimləri və məktəb direktorları ilə görüş keçirib. Görüşdə şagirdlərin nailiyyətləri və gələcək mərhələlərə hazırlıq prosesi müzakirə olunub. Cavad Cavadov çıxışında Respublika Fənn Olimpiadalarında ilbəil final mərhələsində uğur qazanan şagirdlərin sayının artmasını müsbət dəyərləndirib. O, növbəti mərhələdə şagirdlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi üçün əhəmiyyətli addımların atılacağını bildirib.

Daha sonra fənn müəllimləri və məktəb direktorları şagirdlərin hazırlıq prosesində qarşılaşdıqları çətinliklər və bu çətinliklərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparıblar. Tədbirin sonunda iştirakçılara uğurlar arzulanıb və şagirdlərin gələcəkdə daha yüksək nəticələr göstərmələri üçün dəstəyin davam edəcəyi vurğulanıb.

Qeyd etmək istərdik ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə ümumilikdə 42 nəfər şagird final mərhələsində iştirak edəcək.

image-fb_img_1741689398437 image-fb_img_1741689401509 image-fb_img_1741689404124 image-fb_img_1741689406545 image-fb_img_1741689409107 image-fb_img_1741689411679 image-fb_img_1741689414180 image-fb_img_1741689416624 image-fb_img_1741689419111


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki