image-qanunla-reklam
image-polish-20211017-184757440-720x470

“Rezonans” İctimai Birliyinin təsis yığıncağı keçirilib – FOTO

image-lady-day-az

Rezonans.az xəbər verir ki, idarə heyətində 13 üzvlə təmsil olunan yığıncağı giriş sözü ilə açan  Əli Qənbərzadə gündəlikdə olan məsələlər barədə iştirakçıları məlumatlandırmışdır. O, qeyd etdi ki, son vaxtlar qeyri-hökumət təşkilatları respublikanın ictimai, siyasi və iqtisadi həyatında fəal iştirak edirlər.

Əli Qənbərzadə “Rezonans” İctimai Birliyinin yaradılması təklifini irəli sürərək, həmvətənlərimiz arasında milli dəyərlərimizin təbliğ edilməsi və inkişafı istiqamətində vətənpərvərlik hisslərinin aşılanması, eləcə də ölkəmizin həyata keçirdiyi dövlət siyasətinə dəstək olaraq ictimai-siyasi həyat sahəsində fəaliyyətin qurulması, maarifləndirmə işinin aparılması, həmçinin ümumrespublika və beynəlxalq səviyyədə əməkdaşlığın və iştirakının təmin edilməsinin Birliyin məqsəd və vəzifələri sırasında olduğunu bildirmişdir.

Qənbərzadə Əli Musa oğlu “Rezonans” İctimai Birliyinin təsis olunması məsələsinin səsverməyə çıxarılmasını təklif etmişdir. Təklif səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir.

Daha sonra yığıncağın gündəliyindəki  növbəti məsələ barədə Talışınski Elvin Bəhruz oğlu məlumat vermişdir. O, “Rezonans” İctimai Birliyinin təsisçisi və sədri kimi Qənbərzadə Əli Musa oğlunun, katibi olaraq isə Məmmədova Aygün Musa qızının təyin olunması təklifini bildirmişdir.Təklif səsverməyə çıxarılmış və yekdilliklə qəbul edilmişdir.

Daha sonra məruzə edən Aygün Məmmədova yığıncaq iştirakçılarına “Rezonans” İctimai Birliyinin Nizamnaməsi barədə məlumat vermişdir.

Nəticədə Nizamnaməyə bir sıra dəyişikliklər və əlavələr edilmiş və yekun sənəd hazırlanaraq yekdilliklə qəbul olunmuşdur.

Gündəlikdə olan sonuncu məsələ ilə əlaqədar çıxış edən Məmmədova Bədircahan Əmrullah qızı Birliyin təsisçisi və sədri Qənbərzadə Əli Musa oğluna Birliyin dövlət qeydiyyatından keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmək səlahiyyətinin verilməsi təklifini etmişdir.

Yığıncaq iştirakçılarının yekdil səsverməsi nəticəsində alınan qərara əsasən, Qənbərzadə Əli Musa oğluna Birliyin dövlət qeydiyyatından keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmək səlahiyyəti verilmişdir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki