Portuqaliya millisinin kapitanı, İtaliyanın “Yuventus” komandasının futbolçusu Kristiano Ronaldonun keçmiş komandası “Mançester Yunayted”ə mümkün keçidi barədə məlumat yayılıb.
Qanunla.Az xəbər verir ki, iddiaya əsasən, Ronaldo müqaviləsinin sonuna – 2022-ci ilin yayınadək hazırkı komandasında qalmaq qərarına gəlib. Belə ki, 36 yaşlı hücumçu bundan sonra ölkəsinin “Sportinq” klubuna qayıtmağı və karyerasını orada başa vurmağı planlaşdırır.
Qeyd edək ki, K.Ronaldo yetirməsi olduğu “Sportinq”də 2002-2003-cü illərdə oynayıb.