image-970_50
image-1625745556-gorus

Rövşən Rzayev İsraildən gələn qonaqlarla görüşdü – FOTO

image-728_90

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İsraildə fəaliyyət göstərən İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara və mərkəzin informasiya-xəbər saytının redaktoru, siyasi təhlilçi Reyçel Avrahamla görüşüb.

Qanunla.Azxəbər verir ki, prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ötən il torpaqlarımızı Ermənistanın işğalından azad etməsi nəticəsində bölgədə yaranan davamlı sülh, iqtisadi inteqrasiya və əməkdaşlıq imkanları, həmçinin məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıdışı ilə bağlı aparılan hazırlıq işləri barədə qonağa ətraflı məlumat verilib.

Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli  Azərbaycan dövlətinin sosial siyasətinin prioritetlərindən olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülüb. Birinci vitse-prezident xanım Mehriban Əliyeva hər zaman onların müraciətlərinə həssaslıqla yanaşır.

İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara səmimi söhbətə görə təşəkkür edib, ölkəmizə səfərinin təəssüratlarını bölüşüb. İsrailli qonaqlar paytaxtın Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlərlə də görüşüb, onlar üçün yaradılan yaşayış və iş şəraiti ilə, “Xarıbülbül” istehsalat mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Rövşən Rzayev İsraildən gələn qonaqlarla görüşdü- FOTO

Rövşən Rzayev İsraildən gələn qonaqlarla görüşdü- FOTO

Rövşən Rzayev İsraildən gələn qonaqlarla görüşdü- FOTO

 

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki