İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runinin yeni iş yeri ABŞ olacaq.
“Qanunla.az” “The Atletic”ə istinadən xəbər verir ki, 39 yaşlı veteran oyunçu MLS təmsilçisi “DC Yunayted” ilə anlaşıb.
Qeyd edək ki, Runi son olaraq “Derbi Kounti”də işləyib.