Rusiyalı hərbçilərin Kursk vilayətinin kəndlərində qarətçiliklə məşğul olduqları təsdiqlənib.
Qanunla.Az xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Roman Starovoyt deyib.
O, yerli sakinlər tərəfindən tərk edilmiş Qluşkovski rayonunun kəndlərində rusiyalı hərbçilərin evləri qarət etdiyini etiraf edib:
“Talan haqqında dünən güc strukturları ilə keçirilən iclasda müzakirə olundu. Həm mülki şəxslər, həm də hərbçilər arasında qarətçilik halları var. Qarət olunmuş əşyaların kuryer xidməti vasitəsilə Rusiyanın daxili bölgələrinə göndərilməsi faktları mövcuddur”, – nazir bildirib.
Starovoyt güc strukturlarına yaşayış məntəqələrində mühafizəni gücləndirmək tapşırığı verildiyini deyib.