image-qanunla-reklam
image-sulhmeramli-yuk

Rus sülhməramlıları Xankəndiyə su və çən daşıyır

image-lady-day-az

Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzinin mütəxəssisləri Ermənistandan Qarabağa yük daşıyıblar.

Qanunla.Az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, Ermənistandan gətirilən yüklər arasında məktəb və uşaq bağçaları üçün içməli su konteynerləri yer alıb. Xüsusi yükün məktəblər və uşaq bağçalarına veriləcəyi bildirilib.

Nazirlik həmçinin sülhməramlıların iki həftə ərzində 30-dan çox reys həyata keçirərək, 200 tondan çox içməli suyu Xankəndiyə çatdırdığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki