Rusiya devrilmiş prezident Bəşər Əsədi yeni Suriya hakimiyyətinə təhvil verməyəcək.
Qanunla.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun rəhbəri, akademik Vitali Naumkin Valday Klubunun XIV Yaxın Şərq konfransı başlamazdan əvvəl TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə bu, Rusiya hakimiyyətinin məntiqinə ziddir: “Ölkə Rusiya ilə dost münasibətdə olan və bizimlə mehriban davranan keçmiş Suriya liderini faktiki olaraq siyasi sığınacaqla təmin edib”.