Vətəndaşların Rusiyaya qoşulmağa qərar verdiyi ərazilər artıq satılmayacaq.
Qanunla.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bilirsiniz, bizim üçün əsas odur ki, insanlar Rusiyaya birləşmək barədə qərarını çoxdan veriblər. Bu ərazilər bir daha satılmayacaq. Bizim üçün əsas məsələ budur”, – Peskov bildirib.
Qeyd edək ki, Peskov Ukraynanın Rusiyaya ilhaq edilən 4 vilayəti və Krımdan bəhs edir.