Ukraynada baş verənlərə baxın: Bu, qoşunların Əfqanıstandan fəlakətli şəkildə çıxarılması ilə başladı. Bu uğursuzluqdan ruhlanan Rusiya Ukraynanı işğal etdi. Onlar gördülər ki, bu adamlar (indiki Amerika administrasiyası) səriştəsizdirlər.
Qanunla.Az xəbər verir ki, bu sözləri Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
Onun sözlərinə görə, Amerika qoşunlarını Əfqanıstandan çıxarmaqla zəiflik göstərib və bundan istifadə edən Rusiya Ukraynaya hücuma keçib.
Tramp qoşunların Əfqanıstandan çıxarılmasını ABŞ tarixində “ən böyük təhqir” adlandırıb.
“Biz geridə 85 milyard dollar dəyərində hərbi texnika və çoxlu Amerika əsgəri qoyduq”, – deyə o vurğulayıb