image-qanunla-reklam
image-1740430945-photo_5325981690578987939_y

Rusiya əleyhinə səs verib, üzr istədi

image-lady-day-az

Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin BMT-də Ukrayna ilə bağlı anti-Rusiya qətnaməsini dəstəkləməsinə görə üzr istəyib.

Qanunla.az xəbər verir ki, Vuçiç bitərəf qalmadıqlarına görə peşman olub.

“Serbiya bitərəf qalmalı idi. Bu məsələyə kifayət qədər diqqət yetirmədiyim üçün özümdən başqa günahlandıracağım heç kim yoxdur”, – deyə Serbiya lideri bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyası (GA) Ukrayna münaqişəsi ilə bağlı Rusiya əleyhinə qətnamə layihəsinə səs verib. Sənədi təkcə Ukraynanın ənənəvi tərəfdarları – Avstriya, Belçika, Almaniya, İtaliya, Kanada, Fransa deyil, Bolqarıstan, Misir, Serbiya, Slovakiya, Türkiyə də dəstəkləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki