image-970_50
image-bvv-1629526656

Rusiya Ermənistanı aktiv şəkildə silahlandırır

image-728_90
Rusiya Ermənistana silah tədarükünü davam etdirir.
Qanunla.Az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

O bəyan edib ki, 44 günlük müharibədən sonra da Rusiya İrəvana silah tədarük edib və proses hazırda davam edir. Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib:

“Keçən ilin noyabrından arsenalımızın modernləşdirilməsi və yenilənməsi üçün silah aldıq. Bu qalıcı bir prosesdir”.

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, Ermənistan hökuməti ordunu tamamilə modernləşdirmək niyyətindədir. O, bu vəzifənin ən qısa zamanda həll ediləcəyinə əmindir.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki