image-qanunla-reklam
image-3202267e58cda66c0d984a5361e30e80_3352532

Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır

image-lady-day-az

Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə diqqəti cəlb edib. Rusiya üçün, yumşaq desək, heç də asan olmayan dövrdə ölkə rəhbərinin bu səfəri marağa səbəb olub. İlk növbədə, bu səfər hazırda Azərbaycanın Cənubi Qafqazda əsas söz sahibi olan dövlət kimi bütün regional məsələlərdə, regiondakı strateji əhəmiyyətli layihələrin əsas iştirakçısı olmasına, həmçinin çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirməsinə dəlalət edir. Son illər qlobal güclər arasında artan ziddiyyətlər, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, regional ixtilaflar, dünyada və bölgədə vəziyyəti daha da kəskinləşdirib. Bütün bu kimi müxtəlif mənfi proseslərin fonunda Azərbaycanın hərtərəfli və dinamik şəkildə həyata keçirdiyi, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun siyasi güc mərkəzləri ilə sıx əməkdaşlığın, əksər dövlətlərlə, xüsusilə də qonşularla isti münasibətlərin qalmasını təmin edib. Sonra isə təbii ki, bu, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və inkişaf edir.
Həmçinin Rusiyanın üzləşdiyi və həll etmək istədiyi bir sıra məsələlərlə bağlıdır. Belə ki, 2022-ci ildə Ukrayna ilə müharibənin başlanmasından sonra Vladimir Putin ilk dəfədir ki, Azərbaycana gəlir. Hazırda Rusiyanın Qərb tərəfindən təcrid olunduqdan sonra müttəfiqləri ilə əlaqələrini qorumağa, imkan daxilində möhkəmləndirməyə ehtiyacı var. Digər tərəfdən, son iki ildə Qərbin qoyduğu sanksiyalara görə Avropa ölkələrinə Rusiyanın qaz ixracatı demək olar ki, dayandırılıb. Əksinə Azərbaycan Avropa İttifaqı ilə müqavilə imzalayıb və Rusiya qazından imtina edən ölkələrə daha çox qaz ixracı barədə razılaşma əldə edilib. Azərbaycanın Rusiya ilə enerji sahəsində əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Neft və qaz sahəsində imzalanan yeni müqavilələr, xüsusilə də Xəzər dənizindəki yataqların birgə işlənməsi, hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının ixracı və idxalı sahəsində əməkdaşlıq da 2024-cü ildə genişlənib.Azərbaycan nəinki regionda, həmçinin daha geniş arealda – Şərqi Avropa və Yaxın Şərqdə kifayət qədər əhəmiyyətli aktora çevrilməkdədir və artıq dünyada dialoq məkanı kimi tanınmaqdadır.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Uşaq şöbəsinin müdiri

 

 

Davamlı münasibətlərin əsası

Son dövrlər Azərbaycan ilə Ermənistan sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair birbaşa danışıqlar aparır, sülh müqaviləsini bağlamağa hazır olduqlarını bəyan edirlər. Qərbin iki ölkə arasındakı sülh prosesində fəallaşması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı maddənin sülh sazişi layihəsindən çıxarılaraq sonrakı mərhələyə saxlanılması və sair kimi məsələlər də Rusiyanın diqqətindədir. Kremlin bir müddət əvvəl “Rusiya tərəfi bundan sonra da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hər cür kömək göstərməyə hazırdır” bəyanatı da sübut edir ki, Rusiya Cənubi Qafqazda sülh prosesində fəallığını artıracaq. Azərbaycan nəinki regionda, həmçinin daha geniş arealda – Şərqi Avropa və Yaxın Şərqdə kifayət qədər əhəmiyyətli aktora çevrilməkdədir və artıq dünyada dialoq məkanı kimi tanınmaqdadır. Azərbaycanın müstəqil siyasəti, öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığı, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasəti, həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində ciddi rol oynaya bilər. Azərbaycan hökuməti, Ukrayna və Qərblə yaxşı münasibətləri saxlasa da, Rusiya ilə də heç zaman əlaqələri kəsməyib, hər iki tərəflə əməkdaşlığı davam etdirib.
Nəhayət Azərbaycanın həm Qərblə, həm də Rusiya, İran, İsrail, Türkiyə və digər ölkələrlə əlaqələri, həmçinin BRICS, ŞƏT kimi platformalarında iştirakı, eyni zamanda, Avropa İttifaqı və Qərbin digər qurumları ilə əməkdaşlığı yüksək səviyyədədir. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, Azərbaycan bütün qonşuları ilə heç bir fərq qoyulmadan mehriban, hərtərəfli münasibətlərin qorunub saxlanmasına yönəlik siyasətini davam etdirəcək. Ən əsası qeyd olunanlar aparılan siyasətin düzgün və praqmatik olduğunu bir daha təsdiqləyir.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

Regional təhlükəsizlik

Avqustun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlib. Səfərin dünyanın bir çox regionlarında hərbi-siyasi gərginliyin pik həddə çatdığı, bir çox bölgələrdə lokal müharibələrin getdiyi, lakin onların hər an qlobal münaqişəyə çevrilmək ehtimalının yüksək olduğu bir zamanda baş verməsi böyük maraq doğurur. Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələri, İsrail-İran və Türkiyə-İsrail münasibətləri, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan dialoqu, Rusiya-Ermənistan və Rusiya-ABŞ-Qərbi Avropa arasında gərginlik və s. Bütün bunlar ya birbaşa, ya da dolayı yolla Azərbaycanın da tərkib hissəsi olduğu Qafqaz regionu ilə bağlıdır. Bütün bunların içindən salamat, ən pis halda isə minimum maddi və mənəvi itki ilə çıxmaq əlbəttə ki, böyük səriştə və siyasi bacarıq tələb edir.
Son illərin siyasi prosesləri və dünya düzəninin az qala yenidən cızılması fonunda Azərbaycanın özünün şəksiz Lideri Prezident cənab İlham Əliyevin timsalında bunun öhdəsindən bacarıqla gəldiyini əminliklə deyə bilirik. Davamlı iqtisadi inkişaf, balanslaşdırılmış xarici siyasət, dost ölkələrin coğrafiyasının genişlənməsi və digər amillər ölkəmizi təkcə regionda deyil, bütün dünyada lider dövlətlərdən birinə çevirib. Belə bir dövlətlə yüksək səviyyəli münasibətlər qurmaq, bu münasibətləri qoruyub saxlamaq və daha da inkişaf etdirmək şübhəsiz ki, hər bir ölkənin mənafeyinə uyğundur. Onlardan biri də Rusiyadır. Bu gün Şimal qonşumuz Ukrayna ilə müharibə səbəbindən ABŞ və Qərb tərəfindən sanksiyalara məruz qalıb. Əsrlər boyu yedirib-içirdiyi, bəsləyib qoynuna basdığı Ermənistan da bu gün Rusiyadan üz döndərib. Lakin Azərbaycan bu məqamda da özünəxas, balanslaşdırılmış siyasət yürüdür. Ölkəmiz Ukrayna ilə dostluq münasibətlərini qoruyub saxlayır, onun ərazi bütövlüyünü dəstəkləyir, humanitar yardımlar göstərir, lakin Rusiya ilə də qarşılıqlı faydalı əməkdaşlığı davam etdirir. Çünki bu ölkə ilə çoxəsrlik siyasi, iqtisadi və mədəni əlaqələrimiz mövcuddur. Bundan əlavə, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi hər iki ölkənin, xüsusilə də sanksiyalara məruz qalmış Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. Lakin Rusiyadan fərqli olaraq, Azərbaycanın həm Avropa, həm Asiya, həm də dünyanın digər regionları və ölkələri ilə yaxşı əlaqələri var.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki