image-2000_150
image-970_50
image-yenigundem_88a0626b20b7c20e44828a7468df6525_m9n7v2epcxo1juit4rgqbackend

Rusiya ilə müharibə etmək istəyən tarixi oxusun – Deputat

image-728_90

Rusiyaya qarşı hər hansı hərbi əməliyyat keçirməmişdən öncə II Dünya müharibəsinin tarixini oxumalarını və yenidən düşünmələrini tövsiyə edirəm.

Qanunla.Az xəbər verir ki, bunu Rusiya ilə müharibə hazırlığı üçün NATO-nun “Defender Europe 2021” təlimlərinə ehtiyacı olması barədə Ukraynanın Donbas üzrə nümayəndəsi Aleksey Arestoviçin açıqlamasına münasibət bildirən Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.

O, Ukrayna və NATO-nun Krıma mümkün hücum planlarının məyusluqla nəticələnəcəyini bildirib:

“Maskalar tamamilə çıxarıldı. Belə bir açıqlamadan sonra Qərbdə heç kim NATO-nun təcavüzkar mahiyyətini inkar edə bilməyəcək. Rusiya yalnız sərhədlərə yaxınlaşan düşmənləri deyil, komandanlıq mərkəzlərini də məhv edə biləcək silahlara sahibdir. Rusiya ilə güc dilində danışmaq olmaz, çünki bunu edənlər ağır cavab ala bilər. Krımlıların isə qorxacağı bir şey yoxdur. Yarımada etibarlı şəkildə qorunur. Lakin bütün bu hərbi əməliyyatlara hazırlığın Kiyevdə deyil, ABŞ-da olduğunu bilirik. Buna görə Avropa ölkələrini ABŞ-a yerini göstərməyə və gələcəkdə Avropanın işlərinə qarışmasına imkan verməməyə çağırırıq. NATO üzvlərini Avropa ölkələrindən qovmağın vaxtı gəldi”.

Qeyd edək ki, Ukraynanın Donbas üzrə üçtərəfli danışıqlar qrupundakı nümayəndəsi Aleksey Arestoviç Rusiya ilə müharibə hazırlığı üçün NATO-nun “Defender Europe 2021” təlimlərinə ehtiyacı olduğunu bildirib.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki