image-qanunla-reklam
image-irakli-kobaxidze

Rusiya ilə münaqişənin həlli prioritetdir – Kobaxidze

image-lady-day-az

Rusiya ilə münaqişənin həlli Gürcüstanın qarşıdakı illər üçün ən mühüm prioritetlərindən biridir.

Qanunla.Az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Hakimiyyətin növbəti dörd il üçün xarici siyasət planlarından danışan Kobaxidze ABŞ və Avropa Birliyi ilə münasibətlərin bərpasını “ən mühüm milli vəzifə” adlandırıb.

Baş nazir həmçinin NATO ilə əlaqələrin dərinləşdirilməsini və Çin ilə strateji tərəfdaşlığı prioritetlər kimi göstərib. O, qonşu Ermənistan, Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyindən danışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki