image-970_50
image-kuznetsov

Rusiya MN-in təxribatı: Bakı belə cavab versə… – Kuznetsov

image-728_90

Kuznetsov Rusiya Müdafiə Nazirliyinin elan etdiyi tenderdə “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlədilməsi məsələsini şərh edib.

Qanunla.Az həmin şərhi təqdim edir:

“Dövlət satınalmaları saytındakı tenderdə Rusiya sülhməramlılarının “Dağlıq Qarabağ Respublikası”ndakı hərbi şəhərciklərinə xidmətlə bağlı elan yerləşdirilib.

Əlbəttə, bundan ötrü saç yolmaq, əsəbləşib qeyzə gəlmək, Rusiya səfirini Azərbaycan XİN-ə çağırıb, yüzlərlə nota təqdim etmək – şifahi, yaxud yazılı – olar. Lakin daha effektiv başqa yol da var.

Təlimat vermək olar ki, yüzlərlə azərbaycanlı sahibkar ən minimal qiymətlərlə bu tenderdə iştirak etsin. Misal üçün, 1 kv.m-i 1 rubl… Bundan sonra Azərbaycan MN rus sülhməramlılarının bütün sirlərini öyrənəcək – alt paltarlarının ölçüsünə qədər…

Rusiyalı məmurların siyasi qeyri-peşəkarlığına (yaxud, axmaqlığı) ən kinayəli şəkildə istehza ilə yanaşılmalıdır. Yalnız gülüşlə xamlığı və cəhaləti məhv etmək olar”.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki