image-qanunla-reklam
image-fotojet-2021-11-09t161213-495

Rusiya Müdafiə Nazirliyi: ABŞ Rusiya sərhədinə qüvvələr toplayır

image-lady-day-az

 

Rusiya Müdafiə Nazirliyi ABŞ və onun müttəfiqlərinin Qara dənizdəki hərəkətlərini izləyir.

Bildirilir ki, amerikalılar Rusiya sərhədinin bilavasitə yaxınlığında silahlı qüvvələrin çoxmillətli qruplaşmasını yaradırlar.

Hazırda Rusiyanın Qara Dəniz Donanması ABŞ gəmilərinə – qərargahın “Mount Whitney” gəmisinə, “Porter” raket esminesi və “John Lenthall” tankerinin Qara dənizdəki hərəkətlərinə nəzarət edir. Gəmilər oktyabrın 30-dan noyabrın 4-dək Qara dənizə daxil olub.

Rusiya sərhədindən təxminən yüz kilometr məsafədə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki strateji bombardmançı B-1B uçub.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, ABŞ-ın hərəkətləri “Qara dəniz regionunda vəziyyətin sabitliyini pozur” və Vaşinqtonun məqsədlərindən biri “Ukrayna ərazisinin hərbi cəhətdən mənimsənilməsidir”. Rəsmi Moskva ABŞ hərbçilərinin manevrlərini plansız adlandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki