Rusiya polisi Sankt-Peterburqda özünü “Azərbaycan mafiyası” adlandıranların 4 nəfərini saxlayıb.
“Qanunla.az” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, Polis əməkdaşları insanlara hücum etməkdə şübhəli bilinən azərbaycanlı dəstənin saxlanılan üzvlərinin yaşadığı evlərdə axtarışlar aparır.
Gənclərə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (Xuliqanlıq) ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları cinayətlərin törədilməsində iştirak edən digər şəxslərin şəxsiyyətini müəyyənləşdirir.