image-qanunla-reklam
image-f667aa7533b408cc81affa6c7d30aad3

Rusiya Qazaxıstana yeni hərbi qüvvə göndərir

image-lady-day-az

Rusiya Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Rusiya kontingentinin Qazaxıstana köçürülməsini davam etdirir.

Qanunla.Az  xəbər verir ki, nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, hazırda hərbçilər Moskva, İvanovo, Ulyanovsk vilayətlərindəki aerodromlardan Qazaxıstana göndərilməyə hazırlanırlar. Rusiya Hava Desant Qüvvələrinin bölmələri texnika və silahları hərbi təyyarələrə yükləyir.

“Əvvəlki transferlər KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin hava-desant qoşunları “Çkalovski”, “İvanovo-Severnıy” və “Ulyanovsk-Vostoçnıy” yükləmə aerodromlarında yerləşdirilmişdi”, – məlumatda deyilir.

Nazirlik onu da bildiirb ki, daha əvvəl Qazaxıstana gəlmiş bir qrup hərbçi fəlaiyyətlərinə başlayıblar.

Xatırladaq ki, KTMT sülhməramlı qüvvələrinin tərkibindən Rusiya sülhməramlılarının ilk bölmələri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında yanvarın 6-da Qazaxıstana gəlib.

Rusiya sülhməramlılarının hərəkətlərini Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov idarə edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki