AB Ciddə danışıqlarının nəticəsini alqışlayır və Ukrayna, ABŞ, həmçinin digər tərəfdaşlarla birlikdə müharibəyə son qoymaq səylərini dəstəkləməkdə öz rolunu oynamağa hazırdır.
Qanunla.az xəbər verir ki, AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“AB-nin məqsədi BMT nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaqda Ukraynaya dəstək verməkdir. Atəşkəs təklifi Rusiya tərəfindən qəbul olunarsa, bu istiqamətdə mühüm addım ola bilər. İndi Rusiya sülhə nail olmağa hazır olduğunu nümayiş etdirməlidir”, – Kallas bildirib.