Rusiya hazırda Suriyada qalan hərbi texnikanın bir hissəsini Liviyaya daşımaq niyyətindədir.
Qanunla.az-ın xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinə yaxın teleqram kanallar məlumat yayıb.
Məlumata görə Suriyanın Tartus şəhərindəki hərbi dəniz bazasında olan Rusiya hərbçiləri hərbi texnika və silahları çıxarmaq üçün döyüş gəmilərini gözləyirlər.
Baza ərazisində, xüsusən də Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan “Afrika Korpusu”nun muzdluları var.
Yanvarın 5-də Rusiyanın iri desant gəmiləri “İvan Qren” və “Aleksandr Otrakovski”, eləcə də “Sparta” quru yük gəmisi Suriya limanına gəlməyi planlaşdırır – onlar indi Aralıq dənizində Tartusa yola düşürlər.
” Aleksandr Otrakovski”nin göyərtəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin 121-ci desant gəmiləri briqadasının qərargah rəisi, 1-ci dərəcəli kapitan Yuri Davityan var.
Yanvarın 8-də Rusiyanın daha iki gəmisi Tartusa daxil olmağı planlaşdırır. Bunlar universal yük gəmisi “Sparta II” və indi Cəbəllütariq boğazını keçmək niyyətində olan tanker “İvan Skobelev”dir.
Ruslar Suriyadan Liviyaya hərbi texnika və silahların daşınması üçün “Sparta” və “Sparta II” yük gəmilərindən istifadə etməyi planlaşdırır.
Rusiyanın digər hərbi gəmisi “Admiral Qolovko” freqatı yanacaq doldurmağı planlaşdırır.
Bu arada, Rusiyada Vladimir vilayətindəki aerodromlardan birində, ehtimal ki, Suriyadan götürülmüş zirehli transportyorlar boşaldılıb.
Rusiyanın Suriyadakı hərbi kontingentinin taleyi sual altındadır.