Rusiyanın Havadan Müdafiə Sistemi olan “İgla-S” silahı təlimdə Çinin “TY-300D” raketini vurub.

Qanunla.Az “TASS” istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd rdək ki, görüntülər Beynəlxalq Ordu Oyunları (ARMY-2021) çərçivəsində Çində keçirilən “Aydın səma” yarışı zamanı qeydə alınıb.

Xatırladaq ki, Beynəlxalq Ordu Oyunları 22 avqust – 4 sentyabr tarixlərində Rusiya da daxil olmaqla 11 ölkədə keçirilir. Onlarda 40-dan çox ölkənin hərbçiləri iştirak edir.