image-qanunla-reklam
image-kinjal

Rusiya Ukraynaya böyük raket hücumuna hazırlaşır

image-lady-day-az

Rusiya Ukrayna ərazisinə kütləvi zərbə endirmək üçün raketlər yığır.

Qanunla.Az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Aleksandr Musienko deyib.

Musienko qeyd edib ki, ruslar raket istehsal edir və ehtiyat toplayır:

“Sanksiyalar onların istehsalına tam mane olmayıb. Ona görə də Ukrayna sanksiyalarda israr edir, tərəfdaşlarına bu raketlərin yığıldığını göstərir. Əslində hamı bunu görür, amma üçüncü ölkələrdən raket istehsalı üçün komponentlərin Rusiyaya daxil olmasının qarşısını almaqdan ötrü çox yavaş addımlar atılır”.

Bildirilib ki, Rusiyanın raket istehsalı ilə bağlı ciddi böhran keçirdiyi barədə məlumat yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki