Rusiya və Çin hakimiyyəti Şimali Koreyanın hərəkətlərinin cilovlanmasında rol oynaya bilər.
Qanunla.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.
“Biz çoxdan hesab edirik ki, Rusiya və Çin Şimali Koreyanın təxribatçı, ehtiyatsız, zərərli və sabitliyi pozan davranışlarının qarşısının alınmasında müəyyən rol oynamalıdır”, – deyə o bildirib.
Qeyd edək ki, Pekində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Szinpin tərəfdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıb. Orada Rusiya və Çinin ABŞ və müttəfiqlərinin KXDR-ə qarşı hərbi təxribatlar törətmək cəhdlərinə qarşı olduğu bildirilir.