image-qanunla-reklam
image-rusiya-donbas-ordu

Rusiya yay hücumuna başladı

image-lady-day-az

Rusiya qoşunları Donetsk vilayətində hücumlarının sürətini artırır, Xarkov vilayətinin şimalında isə intensivliyi azaldır. Bu, yay hücumuna başladığını göstərir.

Qanunla.Az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Xarkov vilayətinə hücumu Ukrayna ordusunun fikrini cəbhənin digər istiqamətlərindən yayındırmaq məqsədi daşıyır.

“Xüsusilə, ruslar iyunun 18-nə keçən gecə Toretsk-Qorlovka istiqamətində hücumların intensivliyini artırıb və iyunun 19-dan 22-nə keçən gecə bu ərazidə hücumların nisbətən yüksək intensivliyini saxlayıblar. Onlar hətta bu sektorda bir neçə taktiki qələbə də qazanıb”, – məlumatda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki