image-qanunla-reklam
image-stavropol-qeza

Rusiyada dəhşətli qəza: 6 uşaq öldü

image-lady-day-az

Rusiyanın Stavropol diyarında avtobus, yük maşını və minik avtomobilinin toqquşması nəticəsində 6 uşaq ölüb.

Qanunla.Az xəbər verir ki, bu barədə Rusiya Dövlət Yol hərəkəti Təhlükəsizliyi Müfəttişliyi məlumat verib.

“Bu gün Həştərxan-Stavropol yolunda yük maşını, avtobus və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində avtobusda olan 6 uşaq ölüb, 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Yaralılardan 8-i uşaqdır”, – məlumatda bildirilib.

Məlumata görə, uşaqlar Volqoqraddan Çerkassk şəhərinə basketbol yarışına gedirmiş. Avtobusda 14-ü uşaq, 4-ü böyük olmaqla 18 sərnişin olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki