image-qanunla-reklam
image-fsb

Rusiyada film kimi əməliyyat: 9 saatlıq atışma…

image-lady-day-az

Moskva vilayətinin Mıtişi şəhərində xüsusi təyinatlar evlərdən birində əməliyyat keçirib.

Qanunla.Az  RİA “Novosti”yə istinadən xəbər verir ki, əməliyyat nəticəsində xüsusi təyinatlılardan biri yaralanıb.

Qeyd edək ki, bundan öncə sözügedən şəhərdə kottec evlərdə silahlı atışmanın baş verməsi ilə bağlı məlumat yayılmışdı.

***

Yeni Veşki qəsəbəsindəki evdə hüquq-mühafizə orqanı əməkdaşlarını atəşə tutaraq müqavimət göstərən şəxs ilkin ehtimala görə, baş verən yanğında ölüb.

Bu barədə Rusiya hüquq-mühafizə orqanlarının məlumatında deyilir.

“Evdə yanğın başlayan zaman ona təslim olmaq təklif edilib. O, çıxmaqdan imtina etdi və yanan evdə qaldı. İlkin ehtimala əsasən, öldü”, – deyə bildirilib.

Məlumata əsasən, cinayətkar özü evdəki silah-sursatı yandırıb. Evdə müxtəlif təyinatlı qumbaralar olduğundan yanğınsöndürənlər yanğına müdaxilə etmir. Yanğından sonra evdə operativ istintaq qrupunun çalışacağı deyilir.

Qeyd edək ki, əməliyyat 9 saat davam edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki