Rusiyanın Tula şəhərinin mərkəzində yerləşən hərbi hospitalda güclü yanğın baş verib.
Qanunla.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, yanğın binanın 3-cü mərtəbəsində başlayıb. Hospitaldakı şəxslərin təxliyə olunduğu bildirilir.
***
Hərbi hospitalın yerləşdiyi binada yanğın baş verikdən sonra 57 nəfər təxliyə olunub.
Bu barədə Tula vilayəti hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində xəsarət alan olmayıb.