image-qanunla-reklam
image-kreml-mos

Rusiyada imperiya ab-havası: “Hitler də zamanında belə etmişdi”

image-lady-day-az

“Hesab etmək olar ki, bundan sonra Rusiya ərazisində yaşayan miqrantların uşaqları üçün məktəbləri onların əvəzinə dövlət seçəcək və bu seçim də müvafiq kvotalar əsasında müəyyənləşdiriləcək”.

Qanunla.Az xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib. Ekspert Rusiya prezidentinin son qərarı barədə danışıb: “Rusiya Prezidenti Vladimir Putin deyib ki, bir sıra Avropa ölkələrində, eləcə də ABŞ-da məktəblərdə miqrant uşaqlarının faizi bəzən elə səviyyəyə çatır ki, yerli əhali uşaqlarını həmin məktəblərdən çıxarır və nəticədə 100% miqrant uşaqlarından təşkil olunmuş məktəblər yaranır. Ardınca prezident qeyd edib ki, Rusiyada heç bir halda buna yol vermək olmaz, miqrant uşaqlarının sayı o səviyyədə olmalıdır ki, bu, onların adaptasiyasına mane olmasın. Sitat: “Bizim məktəblərdə miqrant uşaqlarının sayı elə olmalıdır ki, bu onların Rusiyanın dil mühitinə formal deyil, praktikada adaptasiya olmasına imkan versin. Tək dil yox, həm də mədəni mühitə və Rusiya dəyərləri sisteminə daxil ola bilsinlər”.

Sonda prezident bildirib ki, bununla bağlı müvafiq təlimatlar və göstərişlər də hazırlanacaq. Çox simvolikdir ki, Putin bunları Millətlərarası Münasibətlər Şurasının toplantısında söyləyib. Belə çıxır ki, bundan sonra Rusiya ərazisində yaşayan miqrantların uşaqları üçün məktəbləri onların əvəzinə dövlət seçəcək və bu seçim də müvafiq kvotalar əsasında müəyyənləşdiriləcək. Əslində, burada heç bir yenilik yoxdur, çünki belə kvotalar vaxtilə Rusiya İmperiyasında tətbiq olunub. Düzdür, o zaman bu, ancaq yəhudi uşaqlarına tətbiq olunurdu və bu mənada da Rusiya yəhudi qadınların adına “Sara”, kişilərin adına isə “İsrail” sözünü məcburi əlavə edən Hitler Almaniyasını azı 50 il önləmişdi”. Ərəstun Oruclu Rusiyada şovinizmin baş qaldırmasına diqqət çəkib: “İndi “ən yaxşı yenilik unudulmuş keçmişdir” rus atalar sözünə müraciət və əməl etməyin əsl vaxtıdır. Bu məqsədlə də yanaşmanı xeyli təkmilləşdirmək olar. Məsələn, gürcü uşaqların adına “Givi”, ermənilərə “Vartan”, azərbaycanlılara “Mamed” və s. əlavə etmək işi daha da yüngülləşdirə bilər. İdealda isə uşaqların paltarının döşünə valideynlərinin vətəndaşı olduğu ölkələrin bayraqlarını və fərdi identifikasiya nömrələri yapışdırmaq olar. Məsələn, nasistlər yəhudilərin sinəsinə Davudun ulduzunu yapışdırdığı kimi. Amma ən uğurlu seçim elə nömrələr olardı, çünki rəqəmlərlə çağırılan uşaqlar sonda nəinki milli mənsubiyyətlərini, hətta adlarını da unudub Rusiya cəmiyyətinə dərindən inteqrasiya olunardılar. Onsuz da bu gedişlə Rusiya cəmiyyətinin özü də nömrələrə, kodlara və şifrələrə keçəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki