image-970_50
image-fotojet-2021-10-18t091044-926

Rusiyada məktəbli təhsil müəssisəsində silahdan atəş açıb

image-728_90

 

Rusiyanın Perm diyarının Sars qəsəbəsində məktəbli oxuduğu təhsil müəssisəsində silahdan atəş açıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, məktəbə silahla gələn şagird tavana bir dəfə atəş açıb.

Hadisə zamanı təhsil müəssisəsində yalnız gözətçi olub, onun xəsarət almadığı bildirilir.

Məktəbli artıq saxlanılıb. Onun silahı necə əldə etdiyi və qarşısına hansı məqsəd qoyduğu araşdırılır.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki