image-qanunla-reklam
image-111

Rusiyada qəzaya uğrayan təyyarədə “Zapolyarye” aviaşirkətinin rəhbəri də həlak olub – FOTO/VİDEO

image-lady-day-az

 

Rusiyanın İrkutsk vilayətində qəzaya uğrayan  An-12 yük təyyarəsinin göyərtəsində doqquz nəfər olub.

Bu barədə regional FHN idarəsindən məlumat verilib.

Məlumata görə, onlardan beşi heyət üzvü, dördü isə yükləri müşaiyət edən şəxslər olub.

O da bildirilir ki, qurbanların arasında “Zapolyarye” aviasiya şirkətinin baş direktoru Yuri Volodin və baş direktorunun birinci müavini Oleq Vişnev var.

Hələ ki altı nəfərin qalıqları tapılaraq ekspertizaya verilib.

Qeyd olunur ki, doqquz nəfərdən dördü Rusiya, üçü Belarus, ikisi Ukrayna vətəndaşı olub.

Xatırladaq ki, noyabrın 3-də Rusiyanın İrkutsk bölgəsində An-12 təyyarəsi qəzaya uğrayıb. Hava gəmisi yerə çırpıldıqdan sonra alışıb. Qəza nəticəsində sağ qalanın olmadığı qeyd olunur. Təyyarə Belarus hava yollarına məxsus olub.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki