image-qanunla-reklam
image-1632374971-1334005

Rusiyada radarlardan itən təyyarədən XƏBƏR VAR

image-lady-day-az

Rusiyanın Xabarovsk şəhərində dünən radarlardan itən “An-26” təyyarəsinin qalıqları tapılıb.

Qanunla.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarənin qalıqlarının bir hissəsi “Spartak” dağ-xizək bazasının ərazisində aşkarlanıb.

Qeyd edək ki, dünən axşam axtarış işləri əlverişsiz hava şəraiti səbəbindən dayandırılmışdı. Səhər Xabarovsk şəhərinə – təyyarənin qalıqlarının olduğu ehtimal edilən əraziyə Fövqəladə Hallar Nazirliyinin M-8 helikopteri göndərilib. Əraziyə həmçinin Rusiya aviasiyasının təyyarəsi cəlb edilib.

Axtarış işlərinə ümumilikdə 70 xilasedici və 20 texnika cəlb olunub.

Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların aqibəti barədə hələ ki, heç bir məlumat almaq mümkün olmayıb.

İlkin ehtimala görə, qəzaya əlverişisiz hava şəraiti səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki