image-qanunla-reklam
image-a981dfb2-02e9-3da4-97fc-daadba742b1d_850

Rusiyada saxta içkidən ölənlərin sayı artır

image-lady-day-az

Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içdikdən ölənlərin sayı 34 nəfərə çatıb.

Qanunla.az  xəbər verir ki, bu barədə regionun aidiyyəti orqanları yerli səhiyyə idarəsi məlumat yayıb.

Bu gün yerli vaxtla saat 19:00-a olan məlumata görə, ümumilikdə 67 nəfər saxta içkidən zəhərlənib. Onlardan 34-ü ölüb, 24 nəfər xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onların 11-nin vəziyyəti qənaətbəxşdir, 6 nəfər yaxın vaxtlarda evə buraxılacaq. Saxta alkoqollu içdikdən zəhərlənənlərin 2-nin vəziyyəti orta ağırdır, 7 nəfər ağır vəziyyətdədir. Məlumata görə, 9 nəfər ambulator müalicə edilib.

Ölənlərin qanında aşkar edilən metanol ölümcül dozadan dəfələrlə yüksək olub.

Vilayətin İstintaq Komitəsi tərəfindən hadisə ilə bağlı artıq bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki