image-qanunla-reklam
image-mi8

Rusiyada təyyarə qəza enişi etdi: Mi-8 hadisə yerinə uçdu

image-lady-day-az

Federal Hava Nəqliyyatı Agentliyinin Mi-8 helikopteri Buryatiyanın Eravninski rayonunda təcili eniş yerinə uçub.

Qanunla.Az xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

“Hazırda Ulan-Udedən qəza enişi edən An-2 təyyarəsinin həyəcan siqnalının verildiyi yerə Mi-8 helikopteri uçur. Təyyarədə Federal Hava Nəqliyyatı Agentliyinin axtarış-xilasetmə bazasının üç nümayəndəsi var. Eravninski rayonunun Sosnovo-Ozerskoye kəndindən 30 km aralıda baş verən hadisədən sonra pilotlar əlaqə saxlayıb. Onların sağlamlıq vəziyyəti qənaətbəxşdir”, – məlumatda deyilir.

Qeyd edək ki, iyulun 5-də günorta saatlarında meşə yanğınlarının müşahidəsini həyata keçirən An-2 təyyarəsi qəza enişi edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki