image-qanunla-reklam
image-1630054506-1330395

Rusiyada yanğınlar 7 milyon hektardan çox ərazini külə çevirdi

image-lady-day-az

Yakutiyada meşə yanğınlarına qarşı mübarizə başa çatmaq üzrədir.

Qanunla.Az xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar nazirinin birinci müavini Aleksandr Çupriyan mətbuat konfransında bildirib.

“İki gün əvvəl prezident Yakutiyadakı yanğınları söndürmək üçün göstəriş verdi. Sözügedən göstərişi yerinə yetirərək qayıtdım. Bu vəzifə demək olar ki, başa çatdı”, – deyə dövlət rəsmisi bildirib.

Qeyd edək ki, Yakutiya Rusiyanın ən çox yanğın təhlükəsi olan bölgələrindən biridir.

Hazırda orada insanların meşələrə getməsi qadağan edilib və 1 iyul tarixindən etibarən regional fövqəladə vəziyyət qüvvəyə minib.

Məlumata görə, bu günə qədər meşə yanğınları yeddi milyon hektardan çox ərazini külə çevirib.

Hazırda bölgədə 2 yanğının davam etdiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki