image-2000_150
image-970_50
image-ccelebrities31404348-0-image-a-2_1596185727045backend

Rusiyada yaşayış binasında partlayış – Ölən və yaralananlar var

image-728_90

Rusiyada yaşayış binasında partlayış baş verib.

Qanunla.Az-ın TASS-a istinadən məlumatına görə, hadisə Tatarıstan Respublikasında qeydə alınıb.

Zelenodolsk rayonunun Lenin küçəsində yaşayış binasında qeydə alınan hadisəyə qaz sızması səbəb olub.

“Partlayış olub, indi bütün fövqəladə xidmətlərin əməkdaşları ordadır, həmçinin rayonun rəhbəri Mixail Afanasyev də ora gedib. Qərargah formalaşdırılacaq. Bütün insanlar təxliyyə edilib”, – rayon rəhbərinin mətbuat xidmətindən agentliyə bildirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə on mərtəbəli binada olub. Hadisə zamanı bir kişi həlak olub.

Səhiyyə Nazirliyi partlayış zamanı 3 nəfərin xəsarət alması barədə məlumat yayıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Partlayış zamanı 7 mənzil dağılıb. Hadisə ilə bağlı binadan 99 nəfər təxliyə edilib.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki