image-qanunla-reklam
image-fotojet-81

Rusiyada Yeni il gecəsi bir ailənin beş üzvü yanaraq həlak oldu

image-lady-day-az

 

Rusiyanın İrkutsk şəhərində Yeni il gecəsi yaşayış evlərindən birində baş verən yanğın bir ailənin beş üzvünün həyatına son qoyub.

Məlumatı Rusiya İstintaq Komitəsi yayıb.

İkimərtəbəli evdə baş verən yanğında üç qadın, bir kişi və 11 yaşlı uşaq həlak olub.

Evin sahibi yanğından xilas ola bilib, o, müxtəlif dərəcəli bədən yanıqları ilə xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, yanğınsöndürənlər gələnə qədər yaşayış evi tamamilə yanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki