image-qanunla-reklam
image-e6b7e959fa42f1a1116282f6a9c1c428

Rusiyadan Ukraynaya ilin ŞOK müraciəti: 50 mindən çox İTKİN var, KÖMƏK edin! CANLI

image-lady-day-az

“Bu vaxta qədər Rusiya tərəfi itkin düşən 50 mindən çox hərbçi ilə bağlı müraciət edib”. Ukraynanın Hərbi Əsirlərlə bağlı Müraciətlər üzrə Qərargahının Katibliyinin rəisi Boqdan Oxrimenko deyib. O əlavə edib ki, əldə olunan məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsində itkin düşən rusiyalı hərbçilərin ümumi sayı 100 min nəfərdir: “Bu göstəriciyə əvvəllər itkin düşmüş qismində qeydiyyata alınıb, sonradan öldüyü təsdiqlənən şəxslər daxil deyil. Biz bu məsələ ilə bağlı xüsusi telefon xətti yaratmışıq. Hazırda yalnız bunu deyə bilərəm ki, onların çoxunun meyitləri ölkəmizin çöllərindədir”.

“Kiyevin Mərkəzi Avropanı Rusiya təbii qazı ilə təmin edən boru kəmərini bağlamasından sonra Slovakiya hökuməti Ukraynaya qarşı cavab tədbirlərini müzakirə edir”. Slovakiyanın Baş naziri Robert Fiko danışıb. Məlumata görə, R.Fiko Ukraynaya qarşı cavab tədbirlərinin bir hissəsi olaraq ölkədə yaşayan 130 mindən çox Ukrayna qaçqını üçün maliyyə yardımının dayandırıla biləcəyini deyib.

“Bu addımlar Kiyevin Rusiya qazının Slovakiyaya tranzitini dayandırmaq qərarına cavab olaraq nəzərdən keçirilir”, – qeyd edilib.

“Facebook”da yayımladığı videomüraciətdə R.Fiko bildirib ki, onun “Smer” partiyası Ukraynaya elektrik enerjisinin tədarükünü kəsməyi də nəzərdən keçirəcək. Həmçinin qaz tranzitinin yenilənməsini və ya Ukraynadan Slovakiya ərazisinə Rusiya qazının nəqlini dayandırılması səbəbilə yaranan maliyyə itkisinin kompensasiyasını tələb edəcək.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını Azad Vətən Partiyasının sədri Akif Nağı cavablandırır.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki