Hava hücumundan müdafiə sistemləri gecə ərzində Rusiyanın 6 regionu üzərində 22 ədəd Ukrayna pilotsuz təyyarəsini zərərsizləşdirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rostov vilayətində 10, Belqorodda vilayətində 7, Voronejdə 2, Kursk, Bryansk və Smolensk vilayətlərində isə hərəsində 1 ədəd pilotsuz uçuş aparatı məhv edilib.
Rusiya Silahlı Qüvvələrinin “Qərb” qoşunlar qrupu Kupyansk istiqamətindən geri çəkilib.
Bu barədə rusiyalı hərbi bloger Yuri Podolyak məlumat yayıb.
“Qərb” qrupunun komandanlığı Kupyanskda düşmən qüvvələrinin çaşqınlığı nəticəsində yaranmış fürsətdən istifadə edə bilmədi. Düşmən bizi şəhərin şimal-şərq kənarından vurmağa müvəffəq oldu, hətta Oskol çayının o tayında yaratdığımız və dünən genişləndirdiyimiz pladstarm da bizim üçün təsəlli ola bilməz”, – Podolyak bildirib.
Rus qoşunlarının Kupyansk istiqamətindən geri çəkilməsini Ukrayna Teleqram kanalları da təsdiqləyib.
“DeepState” Teleqram kanalı Ukrayna ordusunun Kupyansk ətrafında təmizləmə işlərini başa çatdırdığını yazıb.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Real Partiyasının sədri Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.