image-qanunla-reklam
image-stoltenberq-1

Rusiyanın bu dəhşətli hücumu… – Stoltenberq

image-lady-day-az

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna şəhərlərinə raket hücumlarını pisləyib.

Qanunla.Az xəbər verir ki, o, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostinlə görüş üçün getdiyi Pentaqonda danışıb.

“Ukraynada Rusiya amansız müharibəsini davam etdirir. Məhz bu gün biz Ukrayna şəhərlərinə edilən dəhşətli raket hücumlarının şahidi olduq ki, nəticədə günahsız dinc sakinlər, o cümlədən uşaqlar həlak oldu. Mən bu dəhşətli hücumları pisləyirəm. Rusiya başa düşməlidir ki, onlar bizi gözləməyə məcbur edə bilməzlər. Danışıqlar masasına oturmalı və Ukraynanın suveren müstəqil dövlət kimi üstün olacağına dair qərar qəbul etməli olacaqlar”, – Stoltenberq bildirib.

Baş katib NATO Zirvə Toplantısında Ukraynaya dəstəklə bağlı qərar veriləcəyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, ABŞ Rusiyanın “Oxmatded” uşaq xəstəxanasına hücumunun hərbi cinayət kimi dəyərləndirilməsini təklif edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki