image-qanunla-reklam
image-pentagon

Rusiyanın dərinliyinə zərbə endirmək… – ABŞ

image-lady-day-az

ABŞ Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün silahlarının istifadəsinə qoyulan qadağanı hələ də aradan qaldırmayıb.

Qanunla.Az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

O, ABŞ-ın Ukraynanı dəstəkləmək üçün ukraynalı tərəfdaşları və dünya üzrə müttəfiqləri ilə yaxından işləməyə davam edəcəyinə söz verib:

“Bizim siyasətimiz dəyişməyib. Bildirdik ki, ukraynalılar ABŞ-ın köməyindən transsərhəd hücumlardan müdafiə, yəni əks-hücum üçün istifadə edə bilər. Uzaq məsafədən zərbələrə, Rusiyaya qarşı dərin zərbələrə gəlincə, bizim siyasətimiz dəyişməyib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki