Ukraynanın Krımın Feodosiya şəhərinə hücumu nəticəsində neft bazasında yanğın baş verib.
Qanunla.Az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, ətrafda yaşayan sakinlər yanğından öncə partlayış səsləri eşidiblər.
Krımdakı yerli hakimiyyət orqanları da hadisəni təsdiqləyiblər.
“Astra” Teleqram kanalı yazıb ki, yanan baza “Dəniz Neft Terminalı” Səhmdar Cəmiyyətidir. Bura neft məhsullarının daşınma həcminə görə Krımda iki ən böyük bazadan biridir. İkinci böyük baza Sevastopolda yerləşir.