image-qanunla-reklam
image-su24

Rusiyanın Su-24-ü Polşaya daxil oldu

image-lady-day-az

Rusiyaya məxsus Su-24 təyyarəsi Polşa hava məkanına daxil olub.

Qanunla.Az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının məlumatında deyilir.

Bildirilib ki, insident fevralın 11-də Qdansk körfəzinin şərq hissəsində, ölkənin ərazi suları üzərində baş verib. Su-24-ün Polşa hava məkanına maksimum 6,5 km dərinliyə daxil olduğu və orada 1 dəqiqə 12 saniyə qaldığı qeyd edilib.

Polşanın növbətçi xidməti Rusiya tərəfi ilə əlaqə saxlayıb və onlar insidentin səbəbinin Su-24 təyyarəsinin naviqasiya sisteminin nasazlığı ilə əlaqəli olduğunu bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki