image-qanunla-reklam
image-1627909400-427604492

Rusiyanın sualtı gəmiləri Britaniyanı narahat ETDİ

image-lady-day-az

“The Sun” nəşri Atlantikada gizlənmiş Rusiya sualtı qayıqlarına görə Böyük Britaniyada yaşanan həyəcandan yazıb.

Qanunla.Az  xəbər verir ki, Rusiyanın “Borey” layihəsinə məxsus və qeyri-adi dərəcədə dərinlikdə üzərək Atlantik okeanında “qorxunc vəzifələr” yerinə yetirən sualtı qayıqları barədə məlumatlar yayılıb.

Belə ki, qeyri-standart manevrlər britaniyalı hərbçilərin ciddi narahatlığına səbəb olub. “The Sun” yazır ki, Rusiya sualtı qayıqları adətən 400 metrdən aşağı enmir, lakin bu dəfə onlar 500 metrdən dərinə enməyə qərar verib. Ekspert Bryus Consun fikrincə, bu, son aylarda Moskvanın heç də birinci “həyəcan doğuran” hərəkəti deyil.

“Buna Ukrayna ilə sərhəddə hərbi potensialın artırılmasını nümunə kimi göstərmək olar. Onların son hərəkətləri isə NATO-nu qıcıqlandırmağa və alyans üzvlərini əsəbləşdirməyə yönəldilə bilər. Lakin bu, aydın surətdə gərginləşmə deməkdir və indi onlar, belə görünür ki, dənizin dərinliklərindəki əməliyyatlara üstünlük verirlər”, – deyə ekspert bildirib.

Bu gün Rusiya 955 “Borey”/955А “Borey-А” layihəsinin dörd sualtı qayığını istismar edir, bu növdən olan daha üç sualtı qayıq düzəldilmə mərhələsindədir. Onların hər birinin arsenalında 16 ədəd “Bulava” adlı qitələrarası raket var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki