image-qanunla-reklam
image-rossia_poligon_fire_140619

Rusiyaya pilotsuz qayıqlarla hücum edildi

image-lady-day-az

Rusiyanın Novorossiysk şəhəri bu gün səhər saat beş radələrində pilotsuz qayıqların hücumuna məruz qalıb.

Qanunla.Az xəbər verir ki, bu barədə şəhər rəhbəri Andrey Kravçenko bildirib.

O, birinci sahil xəttinin sakinlərini pəncərələri dənizə baxmayan otaqlara sığınmağa çağırıb.

Hücumun nəticələri barədə məlumat verilmir.

Novorossiysk şəhəri ilə yanaşı Sevastopol da pilotsuz qayıqların hücumu ilə üzləşib. Ukraynanın “Krım küləyi” Teleqram kanalı, Sevastopolda Kazaklar körfəzi ərazisində partlayış və atışma səsləri eşidildiyini yazıb. Məlumata görə, Rusiya hərbçiləri PUA-nın hücumunu dəf ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki