Rusiyanın hava hücumundan müdafiə qüvvələri Primorsko-Axtarskda bir neçə PUA-ı məhv edib.
Qanunla.Az xəbər verir ki, bunu Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev deyib.
O, dronların Ukraynaya məxsus olduğunu və şəhərdəki bir neçə mülki obyektin zədələndiyini bildirib:
“Primorsko-Axtarskda PUA-nın hücumundan sonra ikisi uşaq olmaqla 6 nəfər xəstəxanaya yerləşdirilib”.