Saatlı rayonu Sımada kənd sakini B. Aslanov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək iyul ayının 11-də ona məxsus fərdi təsərrüfatda yanğın baş verməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən xəbərə görə, məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları hadisə yerində olublar və ilkin araşdırmalar aparılıb.
Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi məlum olub.
Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən Sabirabad rayonu Moranlı kənd sakini Valid Hüseynli saxlanılıb.
Dindirilmə zamanı V. Hüseynli törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Saatlı RPŞ-da araşdırmalar aparılır.