Dekabrın 18-də saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.
Bu barədə Qanunla.Az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib.
“Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub.Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, zəhərlənənlərdən biri müəllim, 8-i isə şagirddir.