image-qanunla-reklam
image-1623320577_modern-az-10-06-2021-1623320269

Sabah Bakıda güclü külək əsəcək – XƏBƏRDARLIQ

image-lady-day-az
Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 11-dən 14-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, 12-i səhər yarımadanın bəzi yerlərində arabir  20 m/s-dək güclənəcəyi gözlənilir.
İyunun 14-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki